Yəhudi general: Bəli, Suriya Tel-Əvivi vura bilər!
Story Code : 773982
İsrailin Suriya ərazisinə ardıcıl hücumlarından sonra Dəməşq xəbərdarlıq etdi ki, hücumlar davam etsə, Tel-Əvivi,Ben Qurion hava limanını vuracaq. İsrailin təqaüddə olan tanınmış ordu generalı, hərbi ekspert Yakob Emidor Dəməşqin xəbərdarlığına münasibət bildirib. General təsdiqləyib ki, Suriya belə bir hərbi arsenala malikdir və Ben Qurionu vura bilər. Generalın açıqlaması İsrailin hərbi çevrələrində ciddi qarşılanıb. Sionist rejim mümkün hücuma qarşı önləyici tədbirlər görür.