Qətər əmiri Şeyx Təmim bin Həməd Ali Sani bir telefon əlaqəsində Sudan prezidenti Ömər Əl-Bəşirə dəstək verib. Sudanda sabitliyin bərpasını zəruri sayan Qətər əmiri öz köməyini təklif edib.
Yada salaq ki, ötən günlərdə Sudan Ömər Əl-Bəşirin istefasını istəyənlər aksiya keçirib. Polislə qarşıdurmada azı 22 nəfər ölüb. Prezidentin köməkçisi Feysəl Həsən İbrahim iğtişaşlarda İsrail xüsusi xidmət orqanlarının rolu olduğunu bildirib. Ehtimal var ki, Ömər Əl-Bəşiri Suriya səfərindən sonra cəzalandırmaq istəyənlər var.