0
Tuesday 10 July 2018 - 17:08

Netanyahunun Putindən Suriyaya dair 2 “xahişi”

Story Code : 736978
Netanyahunun Putindən Suriyaya dair 2 “xahişi”
Netanyahunun Putindən Suriyaya dair 2 “xahişi”
İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İranın Suriyada yalnız ordu və hökumətə hərbi məsləhətçilərin səviyyəsində yardım etməsini deməsinə baxmayaraq, İsrail rejimi rəsmiləri dəfələrlə bəyan ediblər ki, İsrail tərəfi İrana Suriyadakı hərbi mövcudluğunu bərkitməyə imkan verməyəcək.
İsrail rejiminin Baş naziri Binyamin Netanyahu iyulun 11-i Rusiyaya səfər edəcək. Səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar keçiriləcək.
Rusiya prezidenti Vladimir Putinlə mühüm görüş üçün bu həftə Moskvaya uçacağam. Biz, təhlükəsizlik sahəsi və, əlbəttə ki, regional hadisələri müzakirə etmək üçün bəzən görüş keçiririk.”, - deyə Netanyahu bildirib.
Cari ildəki sayca 3-cü Rusiya səfəri zamanı Netanyahu İsrail rejiminin Suriya ilə bağlı 2 təməl siyasi prinsipininin aktuallığını təsdiqləmək niyyətindədir: “Əvvəla, biz İranın və ona tabe olanların Suriyadakı hərbi mövcudluğuna dözməyəcəyik, nə sərhədin yaxınlığında, nə də ki, uzaqlığında. İkincisi, biz Suriya və onun ordusunun 1974-cü ildə əldə edilmiş qüvvələrin ayrılmasına dair sazişə əməl etməsini tələb edəcəyik.
Qeyd edək ki, İsrail rejimi dəfələrlə bəyan edib ki, İran bütün region boyu öz nüfuzunu genişləndirmək üçün Suriya ərazisindəki daimi hərbi mövculuğunu gücləndirməyə çalışır. İran tərəfi isə ittihamları dəfələrlə təkzib edərək qeyd edib ki, İran hərbi məsləhətçiləri Suriya tərəfinin rəsmi istəyi əsasında bu ölkədədirlər.
 
Source : Islamazeri
Comment