İslamazeri.com-ub CNN-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp, 2 ölkə nümayəndə heyəti danışıqlara qoşulmamışdan öncə, rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüş keçirmək istəyir.
Qeyd edilir ki, 2 liderin iyulunun 16-sı Helsinkidə baş tutacaq görüşü zamanı gözlənilir ki, köməkçilərdən ibarət böyük nümayəndə heyəti sammitinin genişləndirilmiş hissəsində iştirak edəcək.
Məlumata görə, Suriya, nüvə silahı və “seçkilərə müdaxilə” məsələlərinin müzakirə ediləcəyi ehtimal edilir.