Danimarkada Qurani-Kərimə növbəti dəfə hörmətsizlik edildi
Story Code : 1188359
Bu məlumata əsasən, danimarkalı siyasətçi sosial şəbəkədə yerləşdirdiyi videoda İslama və müsəlmanlara qarşı təhqiramiz ifadələr işlədib. O, bildirib ki, onun təxribatına səbəb İsveçdə Quranı yandıran digər anti-islamçı Salvan Momikanın öldürülməsinə reaksiya verməkdir.
Paludan daha əvvəl 2023-cü ildə İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyinin binası qarşısında Quran yandırmışdı.
Xatırladaq ki, İsveçdə Quranın yandırılmasını təhrik edən Salvan Momika yanvarın 29-da TikTok-da canlı yayım zamanı güllələnib.