QR CodeQR Code

Danimarkada Qurani-Kərimə növbəti dəfə hörmətsizlik edildi

SaharTV , 3 Feb 2025 14:37

İslamtimes - Danimarkada ifrat sağçı Stram Kurs Partiyasının lideri Rasmus Paludan Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quran yandıraraq İslama qarşı nifrət dolu çıxışını davam etdirib.


Bu məlumata əsasən, danimarkalı siyasətçi sosial şəbəkədə yerləşdirdiyi videoda İslama və müsəlmanlara qarşı təhqiramiz ifadələr işlədib. O, bildirib ki, onun təxribatına səbəb İsveçdə Quranı yandıran digər anti-islamçı Salvan Momikanın öldürülməsinə reaksiya verməkdir.
Paludan daha əvvəl 2023-cü ildə İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyinin binası qarşısında Quran yandırmışdı.
Xatırladaq ki, İsveçdə Quranın yandırılmasını təhrik edən Salvan Momika yanvarın 29-da TikTok-da canlı yayım zamanı güllələnib.
 


Story Code: 1188359

News Link :
https://www.islamtimes.com/az/news/1188359/danimarkada-qurani-kərimə-növbəti-dəfə-hörmətsizlik-edildi

Islam Times
  https://www.islamtimes.com