H. Hacıyev İran milli təhlükəsizlk ali şurasının katibi ilə görüşüb
Story Code : 1188226
Tehranda səfərdə olan Hikmət Hacıyev bu gün Əli-Əkbər Əhmədiyanla görüşüb.
Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki rəsmi hesabında İrandakı görüşlərinə işarə ilə, belə yazıb: Tehrana səfərdə İran milli təhlükəsizlk ali şurasının katibi Əli-Əkbər Əhmədiyanla görüşdüm.
Görüşdə Bakıda aparılmış müzakirələrin davamı olaraq iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq və Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini xüsusilə qeyd etdik", - deyə, Hikmət Hacıyev qeyd edib.
Azərbaycanla İran arasında qarşılıqlı etimadın artırılması üzrə addımların davam etdirilməsi barədə razılıq əldə olundu- Hacıyev əlavə edib.
Azərbaycan Respublikası prezidentinin köməkçisi dünən də İran prezidentinin siyasi müşaviri Mehdi Sənayi ilə görüşüb.