0
Tuesday 4 February 2025 - 01:14

Tramp ABŞ-ni BMT-nin İnsan Haqları Şurasından çıxarır

Story Code : 1188450
Tramp ABŞ-ni BMT-nin İnsan Haqları Şurasından çıxarır
"Report" xəbər verir ki, bu barədə Amerikanın "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr vurğulayır ki, UNRWA-nın maliyyələşdirilməsini qadağan edən fərman cinayətkar İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri ərəfəsində imzalanacaq.

Trampın əmrinə əsasən, ABŞ Dövlət katibi Marko Rubio Ağ Ev qarşısında hansı beynəlxalq təşkilatların, birliklərin radikal və ya anti-Amerika siyasətini təbliğ etdiyi barədə hesabat verməli olacaq.

Xatırladaq ki, 2024-cü il oktyabrın 28-də İsrail Knesseti (birpalatalı parlament) ölkədə UNRWA-nın fəaliyyətinin qadağan olunması ilə bağlı edən qanun qəbul edib.
Comment