QR CodeQR Code

H. Hacıyev İran milli təhlükəsizlk ali şurasının katibi ilə görüşüb

Shartv , 2 Feb 2025 22:00

Islamtimes - Azərbaycan Respublikası prezidentinin köməkçisi, bu ölkənin prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehranda İran milli təhlükəsizlk ali şurasının katibi ilə görüşüb.


Tehranda səfərdə olan Hikmət Hacıyev bu gün Əli-Əkbər Əhmədiyanla görüşüb.
Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki rəsmi hesabında İrandakı görüşlərinə işarə ilə, belə yazıb: Tehrana səfərdə İran milli təhlükəsizlk ali şurasının katibi Əli-Əkbər Əhmədiyanla görüşdüm.
Görüşdə Bakıda aparılmış müzakirələrin davamı olaraq iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq və Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini xüsusilə qeyd etdik", - deyə,  Hikmət Hacıyev qeyd edib.
Azərbaycanla İran arasında qarşılıqlı etimadın artırılması üzrə addımların davam etdirilməsi barədə razılıq əldə olundu- Hacıyev əlavə edib.
Azərbaycan Respublikası prezidentinin köməkçisi dünən də İran prezidentinin siyasi müşaviri Mehdi Sənayi ilə görüşüb.
 


Story Code: 1188226

News Link :
https://www.islamtimes.com/az/news/1188226/h-hacıyev-iran-milli-təhlükəsizlk-ali-şurasının-katibi-ilə-görüşüb

Islam Times
  https://www.islamtimes.com