0
Sunday 2 February 2025 - 22:00

H. Hacıyev İran milli təhlükəsizlk ali şurasının katibi ilə görüşüb

Story Code : 1188226
H. Hacıyev İran milli təhlükəsizlk ali şurasının katibi ilə görüşüb
Tehranda səfərdə olan Hikmət Hacıyev bu gün Əli-Əkbər Əhmədiyanla görüşüb.
Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki rəsmi hesabında İrandakı görüşlərinə işarə ilə, belə yazıb: Tehrana səfərdə İran milli təhlükəsizlk ali şurasının katibi Əli-Əkbər Əhmədiyanla görüşdüm.
Görüşdə Bakıda aparılmış müzakirələrin davamı olaraq iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq və Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini xüsusilə qeyd etdik", - deyə,  Hikmət Hacıyev qeyd edib.
Azərbaycanla İran arasında qarşılıqlı etimadın artırılması üzrə addımların davam etdirilməsi barədə razılıq əldə olundu- Hacıyev əlavə edib.
Azərbaycan Respublikası prezidentinin köməkçisi dünən də İran prezidentinin siyasi müşaviri Mehdi Sənayi ilə görüşüb.
 
Source : Shartv
Comment