0
Saturday 11 January 2025 - 22:30

Şolts Trampa sərhədlərin toxunulmazlığını xatırladıb

Story Code : 1183818
Şolts Trampa sərhədlərin toxunulmazlığını xatırladıb
Almaniya Kansleri Olaf Şolts ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa dövlət sərhədlərinin toxunulmazlığı prinsipinə riayət edilməsinin vacibliyini yenidən xatırladıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu O.Şolts Berlində Almaniya Sosial Demokrat Partiyasının federal qurultayında çıxışı zamanı bildirib.

Məlumata görə, bu Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil edilməsi imkanına dair bəyanatlarla əlaqədardır.

Onun sözlərinə görə, sərhədlərin toxunulmazlığı prinsipi hər bir ölkəyə şamil edilir: "Bu prinsipə hər bir dövlət riayət etməlidir. Sərhədlərin toxunulmazlığı beynəlxalq hüququn başlıca prinsipidir. Heç bir kiçik ölkə böyük qonşusundan qorxmamalıdır”.
Comment