Filippot Fransanı Avropa İttifaqından çıxmağa çağırdı
Story Code : 1181264
Teleqraf.com xəbər verir ki, bu barədə siyasətçi "X" sosial şəbəkəsində yazıb.
F.Filippota görə, artıq xarici vətəndaşlardan müavinət almaq üçün övladlarının Fransaya müntəzəm daxil olmasını sübut etmək tələb olunmur. Filippot bu qərarı Fransanın suverenliyinin pozulması kimi qiymətləndirib.
O, Aİ qanunlarının Fransa Konstitusiyası da daxil olmaqla milli qanunvericilikdən üstün olmasından qəzəbləndiyini bildirib.
O, “Frexit”i (Fransanın Aİ-dən çıxmasını) “dəliliyi dayandırmağın” və ölkəni miqrasiya siyasətinə nəzarətə qaytarmağın yeganə yolu adlandırıb.
Bundan əvvəl Slovakiyanın baş naziri Robert Fiko demişdi ki, Fransa və Almaniyanın eqoistliyi ucbatından Avropa İttifaqı altı ay ərzində dağa bilər.