0
Monday 25 November 2024 - 23:34

Hizbullahın hücumları Hayfa iqtisadiyyatını çökürüb

Story Code : 1174819
Hizbullahın hücumları Hayfa iqtisadiyyatını çökürüb
İşğal olunmuş ərazilərin şimalında yerləşən Hayfa şəhərinin meri Yona Yahav bildirib ki, Hizbullah raketlərinin qorxusundan mağazalar bağlandıqdan sonra bu şəhər çox ağır iqtisadi vəziyyətlə üzləşib.

Yahav i24 News-a bildirib ki, bu gün (bazar ertəsi) Knessetə gedərək bu şəhərin çətin vəziyyətini İsrail parlamentinin üzvlərinə izah edəcək.

O əlavə edib: Knessetin maliyyə komitəsi və İsrail Nazirlər Kabineti Hayfada hansı dəhşətli və təhlükəli hadisələrin baş verdiyini bilmir. Hayfa hədəfə alınıb, dükanlar bağlandıqdan sonra iqtisadiyyat çökür və şəhər iqtisadi cəhətdən məhv olur.

Bununla bağlı Nahariya şəhərinin meri Ronen Marli də açıqlamasında bildirib ki, sionist rejim kabineti öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməyib və böyük məbləğdə büdcəsini israf edib.
Comment