0
Monday 25 November 2024 - 12:08

Hizbullah sionist rejimin mövqelərinə qarşı yeni əməliyyatlar keçirib

Story Code : 1174695
Related File
Livan Hizbullahı bir bəyanatda qeyd edibdir ki, sionist rejim ordusunun «Əkka» şəhərinin şimalında yerləşən «Şraqa» bazası ikinci dəfə olaraq iri sayda kamikadze PUA-sı ilə hədəfə alınıb.
Livan Hizbullahı başqa bir bəyanatda bildiribdir ki, müqavimət qüvvələri Əlxəyyam şəhərinin cənubunda yerləşən Əlüməra keçidində sionist hərbçilərin toplantısını bir qrup partlayış PUA-sı ilə hədəfə alıblar.
Livan Hizbullahı dünən gecə də Əlcubəyn qəsəbəsinin ətrafında sionist hərbçilərin Merkava tankının istiqamətləndirilən raketlə məhv edilməsindən xəbər verib. Bildirib ki, bu hücumda tankın ekipaj üzvləri ölüb və ya yaralanıblar.
Livan İslam Müqaviməti dünən gecə bu qrup qüvvələrinin Livanın cənubunda yerləşən Əlbiyazə qəsəbəsinin ətrafındakı şimal-şərq bölgələrində sionist qüvvələrlə toqquşmasından xəbər verib.
Sionist rejim ordusu cari il sentyabrın 23-dən Livanın cənubunun müxtəlif bölgələrinə qarşı geniş hücumlara başlayıb və bu hücumlar davam etməkdədir.
Livan Hizbullahı bu ölkədə mülkilərin hədəfə alınmalarının qarşılığında susmayıb və elə ilk dəqiqələrdən öz gündəmində sionistlərin mövqelərinə qarşı xeyli sayda əməliyyata malikdir.
Source : SaharTV
Comment


Related files