İşğalçı İsrail prezidenti HƏMAS-a qarşı uğursuzluqdan danışdı
Story Code : 1174591
İsaak Hersoq bildirib: "Girovları dərhal öz evlərinə qaytarmaq üçün hər cür cəhd etməliyik".
Sionist rejim prezidenti bundan öncəki çıxışında deyib: "Girovların ailələrinə qarşı təhqiramiz və biabırçı davranışlar edilir, Şabak rəisi və ordu qərargah rəisi dövlətə xəyanətdə və dövlət çevrilişinə cəhddə ittiham olunur. Nazirlər Kabinetinin hüquq müşaviri düşmənçilikdə ittiham olunur və səhərdən axşama kimi onu işdən çıxarmaqla hədələyirlər. Baş nazirin evinə fişəng atılır və o, vətənə xəyanətdə ittiham olunur..."
Dünən gecə Netanyahu ofisindən sızdırılmış məlumatla bağlı təhlükəsizlik qalmaqalına cavab olaraq deyib: "Təhlükəsizlik kabineti, danışıqlar qrupu və həssas təşkilatlar məlumatların sızdırılmasında ittiham olunur."
Sionist rejimin baş naziri məlumat sızdırmaqda məqsədin onun nüfuzuna xələl gətirmək olduğunu iddia edib.
Fələstin Müqavimət Hərəkatı dünən işğalçı İsrail ordusunun Qəzzanın şimalına hücumları zamanı bir sionist məhbusun girovun həlak olduğunu bildirib.