Sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı çıxarılması, o cümlədən İsrail daxilində onun məhkəmə prosesi yaxınlaşdıqca cinayətkar baş nazirin siyasi həyatının sonu yaxınlaşır.
Sionist rejimin baş naziri Benyamin Netanyahu həm ölkədaxili, həm də beynəlxalq səviyyədə əlavə təzyiqlərlə üzləşib. Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən onun həbsinə dair order verildikdən sonra, korrupsiya ittihamı ilə bağlı məhkəmə tarixini yaxınlaşması onu çətin duruma salıb.
Netanyahunun üzləşdiyi bu problemlərdın sonra çox güman ki, Qəzza və Livanda müharibənin gedişatı dəyişəcək və Netanyahunun siyasi gələcəyi dramatik şəkildə formalaşacaq!
"Sky News Arabic" xəbər kanalı yazıçı və siyasi tədqiqatçı E. Miller ilə bu hadisələrin sionist rejimin daxili durumu və xarici əlaqələri üzərindəki nəticələri barədə danışıb.
Miller Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Netanyahunun həbsinə dair orderin təsiri barədə deyib: "Netanyahu sərbəst səyahət edə bilməz və bu, onun beynəlxalq təcridini artıracaq və Knessetdəki (sionist rejimin parlamenti) siyasi tərəfdaşlarının dəstəyinə təsir edəcək..."