Pentaqon ABŞ-də “ATACMS”ın məhdud sayda olduğunu etiraf edib
Story Code : 1173498
“Report” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Sabrina Sinqh jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə danışıb.
Onun sözlərinə görə, ABŞ daha əvvəl Ukraynaya hərbi yardım olaraq “ATACMS” təqdim edib. Tam olaraq nə qədər olduğunu soruşduqda, Sinqh belə cavab verib: “Əməliyyat təhlükəsizliyi səbəbi ilə sayı təqdim etməyəcəyik”.
O, ABŞ-nin bu raketlərdən nə qədərinə malik olması barədə də danışıb: “Onlar son dərəcə bahalıdır və bu səbəbdən, bildiyiniz kimi, onların sayı məhduddur. Bütün hallarda ABŞ Kiyevə ATACMS tədarük edərkən öz döyüş hazırlığını azaltmayacaq”.