Kim Çen In orduya tam döyüş hazırlığında olmağı tapşırıb
Story Code : 1173280
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) xəbər yayıb.
Bildirilir ki, Şimali Koreya lideri "ABŞ və marionet Koreya Respublikası da daxil olmaqla düşmən qüvvələrin respublikaya qarşı hərbi qarşıdurma dəliliyinin təhdidedici xarakterini" qeyd edib və bunun regionun tarixində ən gərgin vəziyyəti yaratdığını bildirib.
O, Şimali Koreya Silahlı Qüvvələrini müharibəyə hazırlığın təkmilləşdirilməsi və döyüş qüvvələrinin artırılması üçün bütün səyləri göstərməyə çağırıb.
"Biz əldə edilənlərlə kifayətlənməyərək, nüvə qüvvələri başda olmaqla dövlətin özünümüdafiə qüvvələrini heç bir məhdudiyyət olmadan daim gücləndirməyə davam edəcəyik", - deyə Kim Çen In əlavə edib.
Qeyd olunur ki, belə bir tədbir sonuncu dəfə 10 il əvvəl baş tutub.