General Şamxani: ABŞ kəşfiyyatı terrorçulara təlim keçir
Story Code : 1173091
“Report” xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun komandanının hüquqi məsələlər üzrə müavini, general Əli Şamxani deyib.
“İranın cənub-şərqindəki terror qrupları Amerika silahlarından istifadə edərək terror aktları həyata keçirir. Onlar etiraf ediblər ki, Amerika kəşfiyyatı onlara təlim keçib”, - deyə Əli Şamxani bildirib.
O əlavə edib ki, ABŞ Tehrana qarşı tətbiq etdiyi sanksiyalara görə İrana 1 trilyon dollar təzminat ödəməlidir.