Borel 1 milyon mərminin ilin sonuna qədər Kiyevə tədarükünün tamamlanacağına söz verib
Story Code : 1172160
APA xəbər verir ki, Borel “X” platformasında Zelenski ilə görüşü zamanı ona Aİ-nin 1 milyon mərminin tədarükü hədəfini ilin sonuna qədər yerinə yetirəcəyini bildirdiyini açıqlayıb.
Qeyd edək ki, Borel artıq üç gündür Kiyevdə vida səfərindədir. O 1 dekabr tarixindən etibarən pensiyaya çıxacaq və onun yerini estoniyalı Kaya Kallas alacaq.