Türkiyə prezidentdən Azərbaycan prezidentinə kritik zəng:
Ərdoğan Suriya avantürasına Əliyevi də cəlb edir - AKTUAL
Story Code : 1180562
Bu məlumata əsasən, söhbət zamanı Suriyanın sosial və iqtisadi inkişafı ilə bağlı birgə səylərin göstərilməsi razılaşdırılıb.Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov isə eyni gündə Türkiyə Xarici İşlər Nazirliyinin Suriya üzrə İdarə rəisi Mustafa Yurdakulu ilə görüşüb. Görüşdə Suriyaya humanitar yardımla bağlı Azərbaycan və Türkiyə arasında birgə fəaliyyət imkanları müzakirə edilib.Politoloq Elxan Şahinoğlu axar.az saytına bu barədə bildirib: “Azərbaycan Suriyanın yenidən qurulmasında iştirak edəcək. Sadəcə göstəriləcək yardımın miqyası və istiqamətləri müəyyənləşməlidir”.Bəzi müşahidəçilərin dediyinə görə, Ərdoğan Azərbaycan hakimiyyətinin neft və qaz satışından yağdığı pullar hesabına qonşu ölkədə öz mövqelərini möhkəmlətmək istəyir. Çünki o, Suriyada post-müharibə dönəmində yoxsulluğun artacağından və xaosun baş alıb gedəcəyindən narahatdır, bunları önləmək üçün isə Türkiyənin özündə yetərincə resurs yoxdur. Bu səbəbdən Türkiyə lideri Azərbaycan xalqının sərvətini Suriyaya axıtmağı düşünür.