Livanda "tək tərəfli" atəşkəsin elan edilməsi və İraqdakı hücumların dayandırılmasından sonra, Yəmən "Müqavimət Bloku" olaraq tanınan bölgə qrupunun yalnız bir üzvü olaraq İsrailə hələ də hücum etməyə davam edir. Bu hücumlar raketlərlə olsa da, ciddi itkilərə səbəb olmur; lakin son zamanlar gecə yarısı edilir və İsraillilər yatarkən, təhlükə siqnalının davamlı səsi ilə bir anda milyonlarca insan İsrailin mərkəzində oyanıb sığınacaqlara qaçır və bəzən Ben-Qurion beynəlxalq hava limanı saatlarla bağlanır. Bu gecə yarısı oyanışı və sığınacaqlara yönəlmə, bir neçə raketin atılması ilə İsraillilər üzərində ciddi psixoloji təzyiq yaradır və Netanyahunun bölgə ilə bağlı dediklərinə kölgə salır. Qeyd edək ki, "Ansarullah"ın raket hücumları hipersəsli raketlərlə həmçinin İranın, İsraillə mümkün hərbi qarşıdurmaya hazırlığı üçün bir növ təlim və testdir; xüsusilə son hücumlarda döyüş başlıqları yüngül və ağır olan müxtəlif raketlərin tətbiq olunduğu müşahidə olunub ki, hər biri sürət və dəqiqlik baxımından təsir göstərir. Bu hücumlara cavab olaraq İsrail hələ dəfələrlə Yəmənə, 2000 km uzaqlığa hava hücumu edib və bundan əvvəl ABŞ və Britaniya da oxşar hücumlar həyata keçirmişdir. Lakin son İsrail hücumu daha geniş və Səna hava limanı kimi vacib infrastruktur obyektlərini də əhatə etmişdir. Bu cür hücumlar, maliyyə baxımından sıxıntılı bir vəziyyətdə olan Yəmən üçün çox zərərli olur və ağır iqtisadi itkilərə səbəb olur. Buna baxmayaraq, "Ansarullah" İsraili hədəf almağa davam edir və bu, nəinki İsrailin, həm də müşahidəçilərin təəccübünə səbəb olub. Həqiqət budur ki, İsrail Yəmən məsələsində ciddi çətinliklərlə qarşı-qarşıyadır, bu çətinliklər isə Livan və digər bölgələrdə mövcud deyildi; birinci çətinlik budur ki, Yəmən əvvəldən İsrailin kəşfiyyat və təhlükəsizlik prioritetləri arasında yer almamışdır və buna görə də oradan yetərli təhlükəsizlik məlumatı və nüfuz əldə edilməmişdir. Buna görə də, İsrail hələ Yəməndə Livan və digər yerlərdə olduğu kimi sui-qəsd həyata keçirə bilməmişdir. Bu, gələcəkdə baş verə bilər, amma məlumat çatışmazlığı – nə bu sui-qəsdlər, nə də raketlərin gizlədilməsi və qurulması – hava hücumlarının effektiv və dəqiq olmasını çətinləşdirir və bu da İsraili, Yəmənə təzyiq göstərmək üçün infrastruktur obyektlərini bombalamağa vadar edir. İkinci çətinlik, İsrail ilə Yəmən arasındakı məsafədir və bu, İsrailin Livanla olduğu kimi davamlı hücumlar həyata keçirməsini çətinləşdirir. Bu məsafədən hava hücumlarının davamlı olması özünəməxsus çətinliklərə səbəb olur. Üçüncü çətinlik isə, hava hücumlarının güclü bir yerüstü qoşunu olmadan effektiv nəticə verməməsidir; xüsusən də Səna və Husi qüvvələrinin nəzarətində olan digər bölgələr 2015-ci ildən bəri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən bu cür hücumlara məruz qalmışdır. Bundan əlavə, demək olar ki, Yəmənlilər – istər Husilərin tərəfdarları, istərsə də müxalifləri – "İsrailə ən çox nifrət edən" insanlardır və bu da Husiləri hücumlarına davam etməyə və onların ağır nəticələrinə dözməyə təşviq edən bir daxili birlik yaradıb. Bir digər məsələ isə Yəmənlilərin belə mübarizələrdə təbii olaraq "inadkarlıq" nümayiş etdirmələridir və asanlıqla geri çəkilməyəcəklər. Amma yəhudi mənbələrinə görə, İsrailin təhlükəsizlik və hərbi qurumları bu çətinliklə üzləşərkən, hava hücumlarına əlavə olaraq Husi hücumlarını dayandırmaq üçün müxtəlif üsul və təkliflər irəli sürmüşdür; bunlar arasında İranın bəzi nöqtələrinə hərbi hücum və Yəmənin dəniz blokada edilməsi təklifləri də var. Bundan əlavə, gələcəkdə ABŞ-ın Səna hökumətinin müxaliflərinə ciddi dəstək vermək məqsədilə hərəkət etməsi ehtimalı var; amma bu, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin yenidən müdaxiləsini tələb edəcək və Riyad - hazırda özünün böyük iqtisadi layihələrini irəlilətməyə fokuslanmış vəziyyətdə - Yəmən məsələsinə yenidən qarışmaq istəməyəcək; xüsusilə, bu davamlı raket hücumları, əgər hərbi həll yoluna qayıdarsa, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri üçün də eyni təhlükə yaratmaqdadır.