Borel 1 milyon mərminin ilin sonuna qədər Kiyevə tədarükünün tamamlanacağına söz verib
12 Nov 2024 13:03
IslamTimes - Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel Kiyevdə Vladimir Zelenski ilə görüşü zamanı Aİ tərəfindən Ukraynaya veriləcək 1 milyon mərminin tədarükünün 2024-cü ilin sonuna qədər tamamlanacağına söz verib.
APA xəbər verir ki, Borel “X” platformasında Zelenski ilə görüşü zamanı ona Aİ-nin 1 milyon mərminin tədarükü hədəfini ilin sonuna qədər yerinə yetirəcəyini bildirdiyini açıqlayıb.
Qeyd edək ki, Borel artıq üç gündür Kiyevdə vida səfərindədir. O 1 dekabr tarixindən etibarən pensiyaya çıxacaq və onun yerini estoniyalı Kaya Kallas alacaq.
Story Code: 1172160