Ərdoğan Türkiyənin İsraillə ticarət əlaqəsini dayandırdığını iddia edib
Story Code : 1170695
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı sionist rejimin cinayətlərindən danışıb. O bildirib ki, işğalçı İsrailin Qəzza və Livana qarşı təcavüzünə ən yaxşı cavablardan biri Fələstinin müstəqilliyinin bir çox dövlət tərəfindən tanınmasıdır. Ərdoğan həmçinin İslam ölkələrini ixtilafları bir kənara qoyub, Fələstin və Livan xalqlarını ədalətli mübarizədə dəstəkləməyə çağırıb.
O əlavə edib ki, Türkiyə Qəzzada böhran başlayandan bəri Misir vasitəsilə bölgəyə 85 min tondan çox humanitar yardım çatdırıb. Ərdoğan cinayətkar İsraillə ticarət əlaqələrinin dayandırıldığını və ölkəsininin Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı iddiaya qoşulduğunu bildirib.
Qeyd edək ki, Türkiyə dövləti İsrail ilə ticari əlaqələrin kəsildiyini iddia etsə də, hələ də Türkiyədən İsrailə doğru yük gəmiləri hərəkət edir. Məhz bu gün 4 noyabr, 2024-cü il tarixində türkiyəli gənclərin bu ölkədən İsrailə yük daşıyan gəmiyə hücum etdiyi ilə bağlı görüntülər yayımlanıb.