İnqilab Rəhbəri:”Bu gün Livan və Qəzzə bizim Müqəddəs Müdafiəmizdir”
Story Code : 1162539
Müqəddəs Müdafiə həfəsi ilə bağlı keçirilmiş bu görüşdə İnqilab Rəhbəri İranın 8 illik dünyanın super güclərinin dəstəyi ilə təcavüzkar Səddamın işğalçılığına qarşı apardığı mübarizə və döyüş meydanın gərçək hadisələrindən nümunə gətirərək bu günün müqəddəs müdafiəsinin Livan və Qəzzə xalqının İsrail rejiminin təcavüzkarlığına qarşı müqavimətində təkrarlandığını söyləyib.
“Bu gün bizmi Müqəddəs Müdafiəmizə oxşar hadisələr Livan və Fələstində baş verir. Bizə qarşı ediliş məcburi şəkildə aparılmış müharibədə olduğu kimi Fələstində və Livanda da baş vermiş hadisələr də Allah yolunda cihddır”-deyə İnqilab Rəhbəri buyurublar.
Müəzzəm Rəhbər daha sonra İslam aləminin öhdəsinə düşən vəzidəfən danışaraq təkidlə vurğulayıblar ki, bütün hamıya vacibdir ki, Fələstinin, Məscidül-Əqsanın müsəlmanlara, onun əsil sahiblərinə geri qaytarılması üçün köməklik göstəməli və səy etməlidir. Bu qəti şəri hökmdür.
“Burada İlahi hərəkət baş verməkdədir. Fələstin və Qəzzə əhalisi sözün əsl mənasında Allah yolunda cihad edib mübarizə aparır. Qəzzə naminə sinəsini sipər edən və bu acı hadisələri gözə alan Livan Hizbullahı Allah yolunda cihad edir ”-deyə Ali Rəhbər əlavə edib.