Baş nazirdən ABŞ-a tələb: “Artıq sizə ehtiyac yoxdur, çıxın”
Story Code : 1160631
Teleqraf.com xəbər verir ki, bunu ölkənin Baş naziri Məhəmməd əl-Sudani deyib.
“Artıq beynəlxalq koalisiyaya ehtiyac yoxdur. Müharibələrdən sabitliyə keçmişik. İŞİD (terror təşkilatı) ciddi problem deyil”, - İraq baş naziri bildirib.
Sudaninin sözlərinə görə, iraqlı hərbçilərin İŞİD-in qalıqlarına qarşı ABŞ-İraq birgə əməliyyatlarında uğurlu iştirakı İraqın təhlükəsizlik qüvvələrinin terrorçu qruplaşmaya qarşı müstəqil mübarizə apara biləcəyini təsdiqləyir.
Baş nazir ABŞ qoşunların çıxarılmasından sonra da, İraqın bu ölkə ilə təhlükəsizlik və iqtisadi sahələrdə əməkdaşlığı davam etdirəcəyinə əminliyini ifadə edib.