Ali Məqamlı Rəhbər: Düşmənin əli onların iddia etdikləri qədər dolu deyil
Story Code : 1159084
Həzrət Ayətullahül-üzma Xamenei “Kohgiluyə və Boyer Əhməd” vilayətinin Şəhidlər Konqresinin təşkilatçılarını qəbul edərkən, vurğulayıblar ki,hər bir xalqın düşmənlərinin, xüsusən də bizim dövrümüzdə xalqlara qarşı psixoloji müharibəsinin əsaslarından biri o xalqın düşmənlərinin gücünü və imkanlarını şişirtməkdir və daima bunu aşılamağa çalışıblar ki, Amerikadan qorxun, sionistlərdən qorxun, İngiltərədən qorxun və digrə bu kimi varlıqlardan qorxun.
Həzrət Ayətullahül-üzma Xamenei əlavə ediblər: "Düşmən tərəfindən belə bir psixoloji müharibə texnikası hərbi sahədə istifadə edildikdə, nəticə qorxu və geri çəkilmədir".
İslam İnqilabının Ali Məqamlı Rəhbəri qeyd ediblər ki, siyasi arenada düşmənin imkanlarının şişirdilməsi insanların özünü təcrid olunmuş, zəif və vəziyyətin öhdəsindən gəlməkdə aciz hiss etmələrinə gətirib çıxarır və nəticədə düşmənin tələblərinə təslim olurlar.
O, Həzrət daha sonra buyurublar: "Mədəniyyət sahəsində bu mübaliğə özünü başqa cür göstərir və passivlik hissinə sahib olamq, qarşı tərəfin mədəniyyətinə cəlb olmaq, öz mədəniyyətini təhqir etmək, yad mədəniyyətə bağlılıqdan qürur hissi duymaq kimi müxtəlif formalarda özünü göstərir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri vurğulayıblar ki, İmam Xomeyninin (r.ə) hünərlərindən biri bu idi ki, bu qorxunu xalqların qəlbindən çıxardı. Xalqlara özünə inam və etimad hissi bəxş etdi.