0
Wednesday 28 August 2024 - 00:30

ABŞ KXDR-də PUA-ların inkişafı ilə bağlı vəziyyətin inkişafını izləyir

Story Code : 1156557
ABŞ KXDR-də PUA-ların inkişafı ilə bağlı vəziyyətin inkişafını izləyir
"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun təmsilçisi Patrik Rayder bildirib.

“Bu məlumatları oxuduq, aydındır ki, bu təhlükəni ciddi qəbul etmək istəyirik və bunu izləməyə davam edəcəyik”, - ABŞ-nin müdafiə orqanının rəsmisi KXDR liderinin PUA texnologiyalarının inkişafı zərurəti ilə bağlı son bəyanatlarını şərh edərkən deyib.

Pentaqonun təmsilçisi əmin olduğunu bildirib ki, Cənubi Koreyadakı müttəfiqlər də bunu izləyir.

"Təkcə onu deyəcəm ki, kollektiv müdafiəmizin güclü qalmasını təmin etmək üçün Koreya Respublikası, Yaponiya, regiondakı digər tərəfdaş və müttəfiqlərlə sıx işləməyə davam edəcəyik", - Rayder vurğulayıb.
Comment