QR CodeQR Code

ABŞ KXDR-də PUA-ların inkişafı ilə bağlı vəziyyətin inkişafını izləyir

28 Aug 2024 00:30

IslamTimes - Vaşinqton diqqəti KXDR rəhbərliyinin PUA-ların inkişafının intensivləşdirilməsinin zəruriliyi barədə bəyanatına yönəldib və regiondakı tərəfdaşları ilə birlikdə vəziyyətin inkişafını izləyir.


"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun təmsilçisi Patrik Rayder bildirib.

“Bu məlumatları oxuduq, aydındır ki, bu təhlükəni ciddi qəbul etmək istəyirik və bunu izləməyə davam edəcəyik”, - ABŞ-nin müdafiə orqanının rəsmisi KXDR liderinin PUA texnologiyalarının inkişafı zərurəti ilə bağlı son bəyanatlarını şərh edərkən deyib.

Pentaqonun təmsilçisi əmin olduğunu bildirib ki, Cənubi Koreyadakı müttəfiqlər də bunu izləyir.

"Təkcə onu deyəcəm ki, kollektiv müdafiəmizin güclü qalmasını təmin etmək üçün Koreya Respublikası, Yaponiya, regiondakı digər tərəfdaş və müttəfiqlərlə sıx işləməyə davam edəcəyik", - Rayder vurğulayıb.


Story Code: 1156557

News Link :
https://www.islamtimes.com/az/news/1156557/abş-kxdr-də-pua-ların-inkişafı-ilə-bağlı-vəziyyətin-inkişafını-izləyir

Islam Times
  https://www.islamtimes.com