Zukerberq Ağ Evin təzyiqləri ilə üzləşdiyini açıqladı
Story Code : 1156549
Teleqraf.com xəbər verir ki, M.Zukerberq Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin Respublikaçılar Partiyasından olan sədri Cim Cordana ünvanladığı məktubda bildirib ki, Ağ ev rəsmiləri COVID-19 pandemiyası zamanı bu məzmunda kontentin, o cümlədən yumor və satirik məzmunlu paylaşımların silinməsi üçün aylarla təzyiq göstərib.
“Hökumətin təzyiqinin yanlış olduğuna düşünürəm və bu barədə daha açıq danışmadığımız üçün təəssüf edirəm”, - deyən M.Zukerberqin məktubunun mətni komitənin feysbuk səhifəsində və tviter hesabında yerləşdirilib. “META” şirkətinin qurucusu belə təzyiqlərlə təkrar üzləşəcəyi halda yenə rədd edəcəyini bəyan edib.