QR CodeQR Code

Zukerberq Ağ Evin təzyiqləri ilə üzləşdiyini açıqladı

27 Aug 2024 21:55

IslamTimes - “META” şirkətinin baş direktoru Mark Zukerberq COVID-19 pandemiyası ilə bağlı kontentə məhdudiyyət tətbiq etməsi üçün Bayden Administrasiyasının təzyiqi ilə üzləşdiklərini açıqlayıb.


Teleqraf.com xəbər verir ki, M.Zukerberq Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin Respublikaçılar Partiyasından olan sədri Cim Cordana ünvanladığı məktubda bildirib ki, Ağ ev rəsmiləri COVID-19 pandemiyası zamanı bu məzmunda kontentin, o cümlədən yumor və satirik məzmunlu paylaşımların silinməsi üçün aylarla təzyiq göstərib.

“Hökumətin təzyiqinin yanlış olduğuna düşünürəm və bu barədə daha açıq danışmadığımız üçün təəssüf edirəm”, - deyən M.Zukerberqin məktubunun mətni komitənin feysbuk səhifəsində və tviter hesabında yerləşdirilib. “META” şirkətinin qurucusu belə təzyiqlərlə təkrar üzləşəcəyi halda yenə rədd edəcəyini bəyan edib.


Story Code: 1156549

News Link :
https://www.islamtimes.com/az/news/1156549/zukerberq-ağ-evin-təzyiqləri-ilə-üzləşdiyini-açıqladı

Islam Times
  https://www.islamtimes.com