0
Thursday 29 February 2024 - 22:59

Çindən Tayvanla bağlı ÇAĞIRIŞ

Story Code : 1119242
Çindən Tayvanla bağlı ÇAĞIRIŞ
Modern.az xəbər verir ki, bu bəyanatı Çin Dövlət Şurasının (Nazirlər Kabineti) Tayvan məsələləri ofisinin rəsmisi Cu Fenlien səsləndirib.

“Biz Birləşmiş Ştatların Tayvan regionuna silah satmasının əleyhinəyik. Bu, bizim ardıcıl və aydın mövqeyimizdir. Biz ABŞ tərəfini “Vahid Çin” prinsipinə, Çin-ABŞ bəyannamələrinin müddəalarına riayət etməyə və Tayvana silah satışını dayandırmağa çağırırıq”, - deyə Çin rəsmisi bildirib.

O, Tayvandakı Demokratik Tərəqqi Partiyası səlahiyyətlilərinin ABŞ-a güvənərək və hərbi vasitələrdən istifadə edərək adanın qondarma “müstəqilliyi”nə can atdıqlarını, bu cür addımların Tayvan boğazındakı hərbi münaqişə təhlükəsini artıracağını deyib.