Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X hesabında yazıb.
“İsrail dərhal bu hücumları dayandırmalıdır”, - paylaşımda qeyd edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmçinin xalqa müraciətində bu gün İstanbulda keçiriləcək Fələstinə dəstək mitinqində vətəndaşları iştirak etməyə çağırıb. “Fələstinli qardaşlarımıza həmrəy olduğumuzu dünyaya nümayiş etdirməliyik”, - deyə Türkiyə bildirib.
Müsəlman dünyasının xüsusiylə də Türkiyə xalqının sionist rejimin Qəzzə zolağındakı fələstinlilərə qarşı soyqırımından son dərəcə hiddətləndiyi bir şəraitdə Türkiyə prezidenti fələstinlilərə dəstək bəyanatları ilə xalqın öz hökumətindən olan gözləntilərini yerinə yetirmək istəyir. Ancaq sosial şəbəkələrin Türkiyə seqmentində xalqın böyük əksəriyyəti hökumətin fələstin davranışından narazi olduğunu bildirir. İnsanlar ölkə rəhbərliyini səmisi olmamaqda ittiham edirlər. Buna sübut kimi isə sionist rejimin hərbi maşınının Ceyhan limanından qidalandığını göstərirlər.
Türkiyə prezidentinin vaxtı ilə qəsbkar sionist rejimini çocuq qatili adlandırmasına və son günlərdə də əli 7 mindən çox mülki fələstinlinin qanına bulanmış bu rejimi tənqid etməsinə baxmayaraq bu ölkə saxta İsrail rejimi ilə geniş diplomatik və iqtisadi-ticarət əlaqələrinə malikdir.
Bu arada qəsbkar rejimin Qəzzə zolağına qarşı qətliam törətdiyi son günlərdə, həmin qətliamın törədilməsində Bakı neftinin əvəzedilməz rol oynaması və bu neftin Türkiyə vasitəsi ilə işğal olunmuş Fələstinə daşınması mövzusu ciddi müzakirələrə səbəb olub.
Sionist analitik Mixayil Finkel işğal olunmuş ərazilərdə hər bir yanacaqdoldurma məntəqəsi, tank yaxud hərbi təyyarənin Azərbaycan neftinin hesabına işlədiyini vurğulaması diqqətləri belə bir istiqamətə yönəldib ki, əsrin ən böyük cinayətinin sionist rejim tərəfindən Qəzzədə müsəlman fələsitnlilərə qarşı törədildiyi bir şəraitdə, cinayətkar rejimi enerji ilə təmin edən Azərbaycan Respublikası və Türkiyə nəyə görə cinayətin qarşısını almaq açarı əllərində ola-ola onu işə salmır, müsəlman xalqların işğalçılara boykot çağırışına məhəl qoymurlar.
Bu reallıq dünyanın gözü önündə olarkən Türkiyə prezidentinin HƏMAS-ı fələstinlilərin amalları uğrunda mücahidlər qrupu adlandırması, fələstinlilərin qırğınının dayandırılmasına çağırması ümumi fikr tərəfindən birmənalı qarşılanmır.