Hər il olduğu kimi, bu il də İmam Hüseynin (ə) Ərbəin mərasimində iştirak etmək üçün dünyanın dörd bir yanından milyonlarla insanın Kərbəlaya axını davam edir.
İslamazeri.com xəbər verir ki, Ərbəin zəvvarlarının keçdikləri küçə və yollarda insanlar ehsan süfrələri açaraq ziyarətçilərə xidmət edirlər.
Qeyd edək ki, ziyarətçilərin təhlükəsizliyini təmin etmək üçün İraqın bütün təhlükəsizlik qüvvələri səfərbər edilib.