0
Saturday 2 February 2019 - 16:50

Gürcüstanda din haqqında qanun müzakirələri - ƏTRAFLI

Story Code : 775736
Gürcüstanda din haqqında qanun müzakirələri - ƏTRAFLI

İslamazeri.com xəbər verir ki, Gürcüstan parlamentinin “İnsan Hüquqlarının Qorunması Komitəsi”-nin iclasında müxtəlif dini icmaların və dövlət rəsmlərinin, dini QHT və hüquq təşkilatlarının iştirakı ilə din haqqında qanun müzakirə olunub. Müzakirələr zamanı dini icmalar tərəfindən onları narahat edən məsələlər və dini qanun haqqında müxtəlif fikirlər səslənib. 
Qanunun qəbul edilməsilə razı və narazı olan qurumlar olub.
Toplantıda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov da çıxış edib.
O, çıxışında bildirib ki, qanunun əleyhinə olmaq yəqin ki, müəyyən narahatçılıqdan irəli gəlir çünki səslənən fikirlərdən belə qənaətə gəlmək olur ki, din haqqında qəbul olunan qanunda hər hansısa məhdudiyyət yaranacağı və yaxud hər hansı diskriminasiya halına yol veriləcəyindən ehtiyat olunur.
Hacı Ramin İgidov  “Biz belə düşünmürük, məsələyə bir tərəfli baxmaq olmaz bununla bağlı obyektiv müzakirə və araşdırma aparmadan birmənalı olaraq neqativ qərar vermək düzgün baxış deyil”, -deyə bildirib.
 Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Azərbaycan və bir çox Avropa ölkələrinin din haqqında qanunu ilə yaxından tanış olduğunu deyib: “Biz Azərbaycan və bir çox Avstrya və Ruminya kimi Avropa ölkələrinin din haqqında qanunu ilə yaxından tanış olduq. Təbii ki, orada razılaşmadığımız məqamlar - bəndlər də mövcuddur. Ümumilikdə onu deyə bilərik ki, din haqda qanunun olması pis deyil əkisinə bir çox problemlərin həll olunmasına səbəb olar və eləcə də dövlətdə yarana biləcək bir çox mənfi halların qarşısı önlənər”.
R.İgidov qanundan gözlədikləri beş əsası dilə gətirib: “Bizim dini qanundan beş əsas istəyimiz və gözləntilərimiz var:
Birincisi - budur ki, dövlət dini məsələlərdə hüquqlara aydınlıq gətirilsin və dövlət müəssisələrində vətəndaşların dini hüquqları qorunsun;
İkinci - dini qurumların müəyyən çətinlik çəkdiyi və anlaşılmayan məsələlərdə vəzifələri aydınlaşdırılsın;
Üçüncü - dinlər və məzhəblər arasında sabitlik qorunsun və tolerantlıq güclənsin, buna xələl gətirəcək bütün amillərin qarşısı alınsın;
Dördüncü - dini inanc, şəxs və atributların ləkələnməsinin, təhqir olunmasının qarşısı alınsın və əksinə bu kimi məsələlərə hörmətlə yanaşılması təmin olunsun;
Beşinci - din adından ekstremizmə, radikal davranışlara və çirkin siyasətlərə əl atanların qarşısı alınsın”.
 Sonda GMİ Şeyxi qeyd edib ki, gərək dövlət dinlərin sərbəst və inancına uyğun yaşamasına şərait yaratsın, dinlər də dövlətin sabitliyi, rifah və inkişafına çalışsın.
 Qərbi Gürcüstanın müftisi Hacı Beglar Kamaşidze və Şərqi Gürcüstan üzrə müfti Hacı Yasin Əliyev yeni məscid tikintisi və abadlaşmasında və digər məsələlərdə dinimizin qarşılaşdığı müxtəlif problemləri dilə gətiriblər. Bunların həlli üçün qanunun olmasını labüd hesab ediblər.
Ümumi Gürcüstan Müsəlmanları Ali Dini Idarəsinin sədri və şeyxi Seyid Mirtağı Əsədov isə dini qanun əleyhinə olub.
"Ortada bürokratik əngəllər və siyasi iradə yoxdu, problemləri aradan qaldırmağa , məsələlərin həlli üçün xüsusi qanuna ehtiyac yoxdu, qanunlar məhdulaşdırır, işin həllini, çətinə salır, biz əgər həll istəyiriksə, bəzi mövcud qanunlara əlavə və dəyişiklik edərək həll etmək olar, necə ki, biz Konstitusiya məhkəməsin də udduğumuz, vergi və mülklər haqqdında olan qərarı parlament bu günə kimi qüvvəyə mindirməyib.", -deyə Əsədov bildirib.
ÜGMADİ-nin sədri Seyid Mirtağı Əsədov öz çıxışının davamında, Imam Əli (ə) məscidinin məhkəmə şikayətini vurğulayaraq,  dini agentliyin tərəfkeşliyini və istədiyi quruma icarəyə verilməsinə vəsatətçilik etdiyini bildirib. ÜGMADİ sədri təklif edib ki, müxtəlif islami dini təşkilatların rəhbərləri bir arıya gələrək Vəqf yaradılsın, hökümət tərəfindən qəsb olunan, məscidləri onun balansına verilsin. 
Hökümətin 117N-li qərarını tənqid edən Mirtağı Əsədov   deyib: "Həmən qərarda xristianlara aid məzhəblər ayrı ayrılqda qeyd olunduğu halda bizdə Islam yazılıb, bu isə çar dövrünü xatırladır, halbuki, bizdə həm Sünnilər var, həmdə Şiələr. Biz istəyirik hərənin öz adı yazılsın və bu məsələni də konstitusiya məhkəməsinə şikayət etmişik, üç il keçib hələ qərar verilməyib."
ÜGMADİ -sədri rəsmi dini kollec və Universitet açmaq istəklərini dilə gətirib və bu mövzuda Təhsil nazirliyinin onlara "Bizim ancaq patriarxıya ( Gürcüstanın Ortadokus kilsəsi) ilə daxili müqaviləmiz var" cavabını xatırladaraq, bunu ədalətsizlik hesab etdiyini bildirib.
  Növbəti iclas fevral ayının ortalarında baş tutacaq.
 
Source : Islamazeri
Tagged
qürcüstan
Comment