0
Wednesday 29 November 2017 - 21:37

Sputnik: Qasim Süleymani nümunəvi örnək və iranlıların iftixarıdır

Story Code : 686632
Sputnik: Qasim Süleymani nümunəvi örnək və iranlıların iftixarıdır
Sputnik yazır ki, general Qasim Süleymani iranlıdır. O, Suriyanın müxtəlif şəhərlərinin İŞİD terrorçularından azad olunması üçün İran qüvvələrinin Suriya ordusu ilə birgə keçirdiyi əməliyyatlarına görə bütün dünyada məşhurlaşdı. Amma İran xalqı onu İran-İraq 8 illik müharibə dövründən tanıyır. Müharibə bitdikdən sonra Süleymani İranın ən mühüm hərbi təşkilatlarından olan İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinə rəhbərliyi öhdəsinə aldı.
General Süleymani dünyaca şöhrətini SEPAH-ın Qüds qüvvələrinin Suriya müharibəsinə daxil olmasından və bu ölkənin ordusunun yanında İŞİD-ə qarşı mübarizəsindən sonra kəsb etdi. O, elan etdi ki, əgər İŞİD terrorçularının qarşısı alınmasa, region silkələnəcək.
Qüds qüvvələrinin Suriya və İraq əməliyyatlarında iştirakından bir neçə il sonra medialar bildirdilər ki, general şəxsən özü hərbi əməliyyatlara rəhbərlik edir.
General İran xalqı arasında çox sevilir. O, İran xalqına və müttəfiqlərinə İŞİD-in 3 ay müddətində məhvini söz verdi və öz komandirliyində dirayət və ayıq-sayıqlıq göstərərək vədinə əməl edə bildi.
Həmçinin, İran xalqı üçün general Süleymani əxlaqi xüsusiyyətlər zəminəsində nümunəvi örnək sayılır. O, İranın müasir tarixində hərbinin və döyüş cəbhəsinin ən görkəmli komandanlarından hesab olunur. Hərbi mütəxəssislərin sözlərinə görə Süleymaninin iştirak etdiyi mühüm əməliyyatlardan biri də Hələbin azad olunması uğrunda keçirilən əməliyyatlar olub. Bu əməliyyatlarda o, Cəbhətün-nüsrə və Ərharuş-Şam terrorçu qruplarını Hələbdə məhv etdi. Həmçinin, Suriyanın Deyr əz-Zor, Rəqqə və İraqın Mosul əməliyyatlarında iştirak edib.
Türkiyə-Suriya sərhədində süqut edən təyyarənin pilotunun azad edilməsi əməliyyatında da general mühüm rol oynadı.
Mediaların verdiyi xəbərlərə görə, iranlı general Suriya və İraqda dəfələrlə terror hücumlarına məruz qalıb, həmçinin Suriya və İraqda İŞİD-ə qarşı şəxsən özü rəhbərlik etdiyi əməliyyatlarda dəfələrlə yaralanıb.
Comment