0
Wednesday 22 November 2017 - 00:58

Şiə və sünni düşməni olan təkfirçilər insaniyyət düşməni adlandırıldılar

Story Code : 684940
Şiə və sünni düşməni olan təkfirçilər insaniyyət düşməni adlandırıldılar
Özünü şiə və sünni xalqların düşməni hesab edənlər bir müddətdən sonra özlərini insaniyyət düşməni adlandırırlar. Şübhəsiz ki, onların son hədəfi Allahla düşmənçilikdən ibarətdir.
Təkfirçilərdə olan şeytani xasiyyət və adət, ənənələri görənlər üçün açıq, aşkardır. Onların qanaxıtmağa olan susuzluqları öz qurbanlarını öldürmək və qanlarını sovurmaqla aradan qalxmaları heç kimə gizli deyil. Bir qrup insana bənzər vəhşi öz xəstə hədəflərini yarasa sayağı həll etməyə çalışır. Bu yolda, dinin təhrifə açıq olan hissəsini seçib, sionistlərin islamın məhvi barədə istəklərini reallaşdırırlar.
Təkfir və kor-koranə təəssübdən yarım əsir keçməkdədir. İlk öncə barmaq sayı qədər insanda müşahidə olunan düşüncə hazırda xüsusi məktəblərdə tədris olunur və cinayətlərini gizlətmək məqsədiylə siyasi və iqtisadi dəstəkkdərini çatdırmaq üçün lobbi və partiyalara sahibdirlər. Rəftarları heç bir məntiqə söykənmir. Onların yeganə işi terror və təkfirçi qrupları yaradaraq, islam ölkələrində dağılan hər bir divara qarşılıq, müqəddəs Fələstin torpaqıarında nəhs divar inşa etməkdir.
Təkfirçilər açıq, aşkar Allahla düşmənçilik edirlər. O insanın ruhu üçün xüsusi məqam təyin edib və bir insanı öldürəni bütün insanları öldürən kimi qələmə verir. Lakin əfsuslar ki, bu düşüncə sahibləri şəffaf oıan İlahi ayələri görmürlər.
Məhv etmək, təcavüz və qətl onların ayaq izləridir. Heç bir qadın və uşaq onların vəhşicəsinə olan rəftarından amanda deyil. Şeytanın təcəssümü olan bu şəxslərin rəftarında çirkin düşüncə və təsirlərini görmək mümkündür. Lakin bizə təsəlli verən təkfirçi düşüncələrin məhviylə bağlı olan İlahi vədədir. Həmin hədəf ki, onu reallaşdıra və öz uca iradəmizlə onları ayaq altına ata bildik.
Source : Nur.az.com
Comment