İslamı cəhalət dini bilənlər, hansı dövlətin rəhbəri dərs deyir?
Story Code : 677818
İslam dini haqqında danışan bəzi nadanlar bu dini cəhalət dini hesab edir. Onlar belə düşünür ki, ümumiyyətlə dinlər, xüsusən də İslam dini insanları, bəşəriyyəti cəhalətə sürükləyir. Nə üçün İslamı xüsusilə qeyd etdik? Ola bilsin ki, bu iki cəhətə görədir: biri budur ki, avropalılar, başqa sözlə xristianlar kilsədən, dindən öz dövlətlərini çoxdan ayırıblar. İddia edildiyi kimi onlar kilsədən, dindən, ruhanidən ayrılandan sonra daha çox elmdə qabağa gediblər. (Maraqlananlar inkvizisiya dövrünə müraciət etsin). Amma müsəlmanlar hələ də İslam qanunları ilə inkişaf edib qabağa getməyin mümkünlüyünə inanclıdır. İkincisi bu ola bilər ki, bu gün müsəlmanların əleyhinə o qədər təbliğat aparıblar ki, bu dinin mənsublarını xurafatçı, cahil hesab edirlər. Bu yaxınlarda maraqlı bir xəbər oxudum. Deməli, dünyanın ən qüdrətli və inkişaf etmiş dövləti hesab edilən ABŞ-ın birinci postuna yiyələnən Tramp haqqında universitet müəllimi "axmaq" sözü işlədib. Müəllim deyir ki, o özünü universitetdə ağıllı hesab edirdi. Sonra deyib ki, o hələ də axmaq olaraq qalır. Təsəvvür edin ki, ABŞ kimi bir dövlətə hansısa biznesmen başçılıq edir. Alverçinin, özü də əqli problemi olduğu deyilən bir insan gəlib ABŞ-a prezident olub. Bu, digər avropa rəhbərlərindən də pisdir. Çünki onların bir çoxu elə əvvəldən siyasətçi idilər. Elmi, oxumağı bir kənara qoyub çirkin siyasətlə məşğuldurlar. Amma Tram siyasətçi yox, biznesmen olduğu halda gəlib siyasətdən hırla zırı qanmadığı halda dövlət idarə etməyə çalışır. Bu maraqlı xəbərə qədər məni düşündürən bir məsələ var idi. Bu məsələni sual kimi İslamı cəhalət dini hesab edənlərə də ünvanlaya bilərik. Hansı dövlətin rəhbərini dərs deyən müəllim görmüsünüz. İnkişaf etdiyi hesab edilən avropa və ABŞ rəhbərləri çirkin siyasətə girdikləri halda, İslam dövləti olan, müsəlman lider tərəfindən idarə edilən İran İslam Respublikasının Ali Dini Lideri Ayətullah Xamenei dərs xaric deyir. Bu dərsdə İslami hüquq olan fiqhdən ali səviyyədə tədrislə məşğuldur. Dərsində isə böyük rütbəli alimlər iştirak edir. Əlbəttə, dərslər də fərq edir. Amma dünyanın hüquq dünyası olduğu bir zamanda hüquqdan, özü də dinə bağlı olan hüquqdan dərs demək o mənaya gəlir ki, bu dahi şəxsiyyət hər an bəşəri hüquqlardan tutmuş, dini-şəri hüquqlara qədər riayət olunması daim diqqət mərkəzində saxlayır. Belə bir insanın rəhbərliyi altında olan dövlətə, müsəlmanlara necə cahil, geridə qalmış və terrorçuları dəstəkləyələn kimi baxmaq olar? Heç bu insafdandırmı?