0
Tuesday 10 October 2017 - 13:54

ABŞ və Türkiyə arasında GƏRGİNLİK

Story Code : 675564
ABŞ və Türkiyə arasında GƏRGİNLİK
İslamazeri.com türk mediasına istinadən xəbər verir ki, bazar günü axşam saatlarında əvvəlcə ABŞ Səfirliyi Türkiyədən edilən viza müraciətlərini müddətsiz olaraq dayandırdığını açıqlayıb. Sonra da Türkiyə eyni qərarı ABŞ vətəndaşları üçün alıb.

Hakimiyyət qanadından isə səhər saatlarında edilən yeganə açıqlama AK Partiya mətbuat katibi Mahir Ünaldan gəlib, "Prosesi izləyirik. Biz son dərəcə rasional yanaşırıq",- deməklə kifayətlənən Ünal zəruri açıqlamaların prezident tərəfindən ediləcəyini bildirib.

Viza qərarı hazırda vizası olanları və miqrasiya müraciətlərinə təsir etməyəcək, ancaq diplomatik pasportlar da daxil bu gündən etibarən müraciət edəcək bütün pasport sahibləri üçün keçərli olacaq.

Rəsmi məlumatlara görə, 2016-ci ildə 314 min Türk vətəndaşı ABŞ-a səyahət edib.

Türkiyənin Rusiyadan S-400 raketi alması, Rusiya, İran və Venesuela kimi ölkələrlə yaxın təmasları, Ərdoğanın mühafizəçilərinin Vaşinqtondakı hərəkətləri və çevriliş cəhdindən sonra ABŞ-a qarşı istifadə edilən üslub və ittihamedici ifadələr Ağ Evdə bir müddətdir ki, narazılıq yaradırdı.

Bunlara əlavə olaraq ABŞ-ın konsulluq əməkdaşı Mətin Topuzun da çevriliş və FETÖ ittihamları ilə həbs olunmasından sonra viza qərarı gəldi. Topuzun arvadı və oğlu da istintaqa cəlb olunub.
Source : Islamazeri
Comment