İmam Baqir (ə) buyurur: “Əbdülməlik Mərvan Allahın evini təvaf edirdi. Atam da onun qarşısında təvaf edirdi. Mərvan soruşur: “Bu kimdir ki, məndən qabağa düşmüşdür?”. Dedilər: “İmam Zeynəlabidin Əli ibni Hüseyndir (ə)”. Deyir: “Onu qaytarın”. İmamı (ə) qaytarırlar və Mərvan deyir:” Ey Əli ibni Hüseyn! Mən sənin atanı öldürən kəs deyiləm. Bəs sənə nə mane olur ki, mənim yanıma gələsən?”.
İmam (ə) buyurur: “Həqiqətən də atamı öldürən etdiyi əmələ görə dünyasını özü üçün məhv etdi və atam da axirəti onun üçün məhv etdi. Əgər istəyirsənsə, onun kimi ol”.
Mərvan deyir: “İstəmirəm, ancaq bizim yanımıza gəl ki, bizim dünyamızdan bir şey əldə edəsən”.
İmam (ə) bu sözləri eşidən zaman əyləşir və cübbəsini açıb buyurur: “Allahım! Yaxın dostlarının hörmətini ona göstər!”.
Mərvan ona baxan zaman gördü ki, cübbəsi nurlu qapılarla doludur ki, nuru Bəsrəyə qədər əsər qoyur.
İmam (ə) buyurur: “O kəsin ki, hörməti buna yaxın olar, sənin dünyana nə hacəti olar?”. Sonra dua edir: “Allahım, geri al ki, mənim ona hacətim yoxdur”. Həmin nurlu qapılar yoxa çıxır”. (İslami saytlara istinadən)