Mehriban Əliyevanın gerçəkləşən arzusu: "heç nə dəyişməyəcək" deyənlərə cavab
Story Code : 671460
Mehriban Əliyeva 1-ci vitse prezident postuna İlham Əliyev tərəfindən gətirildikdən sonra İlham Əliyev hakimiyyətindən bir xeyir görməyən xalq böyük səhvə yol verib 1-ci vitse prezidentə ümidlər bağladı. Amma bununla da onlar təkcə ümidlərini deyil, ümumiyyətlə öz ümid kitablarını bağladılar. Müxtəlif fikirlər səsləndirildi. Biri dedi o xalqı ağ günə çıxaracaq. O biri dedi o gələcəyin prezidenti olmağa hazırlaşır. Başqası dedi "köhnə hamam, köhnə tas" olacaq. Ən çox gözlənti isə Mehriban Əliyevanın gəlib İlham Əliyevi boğaza yığan qudurğan məmurlar balalarına və onların atalarına dağ çəkəcəyi umuldu. Amma onun yeni vəzifəyə gətirildiyi andan bu günə qədər heç bir nəzərə çarpan müsbət hadisə baş verməyib. Məmurlara gəlincə isə onlar daha çox qudurdular. İşdən çıxarılan hərbiçi general oğlunun, baş nazirin müavini Əli Həsənovun qudurğan nəvəsinin çıxartdığı oyun, Yasamal Rayon İcra hakimiyyətinin sabiq başçısının məscidi sökdürməsi, oğurlanan 5 milyard manat üstə gəl hazırda Mingəçevir icra hakiminin etdiyi ibniziyadcasına hərəkəti (hicab qadağası) və başqa bu kimi yaramazlıqlar onu deməyə əsas verir ki, müsbət mənada dəyişiklik nəinki yoxdur, əksinə mənfi dəyişikliklər daha çoxdur. Saymaqla bitməz. Bütün bunları düşünərkən, dartışarkən, ora-bura dartarkən yanıldığımızı anladıq. Əslində 1-ci vitse prezidentin fövqəladə istedada sahib olması məlum oldu. İşğalçı Ermənistandan bir – iki deputat gəlib Bakıda rahatca və təhlükəsiz bir şəkildə yerləşdi, üstəlik "böyük Ermənistanın" sağlığına badə vurdular. Sentyabrın 21-də Bakıda baş tutan “Avronest” Parlament Assambleyasının iclasında iştirak etmək üçün Ermənistandan nümayəndə heyəti gəlib. Nümayəndə heyətinin rəhbəri açıqlama verərkən deyib ki, heç bir problem yoxdur, bizə Milli Məclis təhlükəsizliyimiz üçün zəmanət verib. Sən demə otel problemləri var idi, o da həll oldu. Bəli, zillət vəkillərinin yataqxanasına çevrilən deputatxana erməni heyətindən ötrü müvəqqəti təyinatını dəyişib, "Milli Təhlükəsizlik Nazirliyi" olub. (Əslində nahaqq yerə əziyyət çəkib bu adamlara otel axtarıb tapıblar. Deputatxana nə üçün var? Onsuz da xalq ora Milli Məclis kimi deyil, zillət məclisi kimi baxır. Üstəlik deputatların böyük əksəriyyəti ya ora gəlmir, yerlərinə başqası səsvermə zamanı səs verir, gələndə də ağnayıb mürgüləməkdən başqa heç nə bilmirlər. Əlavə pul xərcləmək yerinə bir-iki günlüyünə ermənilərə icarə verərdilər) 1-ci vitse prezidentin ülvü arzusuna gəlincə... Üstündə heç dörd ay keçməyib, xatırlayarsız ki, rusiyalı yazıçı Aleksandr Proxanov Mehriban Əliyevadan müsahibə almışdı. Proxanov daha sonra müsahibəsində belə demişdi: "Xanım Əliyeva dedi ki, heç vaxt yol verməz ki, Azərbaycan xalqında ermənilərin timsalında düşmən obrazı formalaşsın. Vaxt var idi ki, bu xalqlar birlikdə yaşayırdı, bir masa arxasında əyləşərək şərab içirdi. Həmin zaman geri dönməlidir.” Gördüyünüz kimi 1-ci vitse prezidentin arzusu gerçəkləşib. Ermənilər onun arzusunu ürəyində qoymayıblar. Bu, özü böyük bir istedaddan xəbər verir. Ola bilər onun özünün belə bir istedada sahib olmasını heç özü də bilmirmiş. Yoxsa Qarabağın azadlığı arzusunu bir kənara qoyub belə bir arzu etməzdi. Bunun əvəzində səmimi qəlbdən, sidqi-ürəkdən Qarabağın azadlığını arzu edərdi. İndi baxın, bir arzusu ilə ermənilərin Bakıda gəlib şərab içməsini gerçəkləşdirən bir siyasi xadim görün istəsə nələr edər. İndi ermənilərin təhlükəsizliyini təmin edən "Milli Təhlükəsizlik Nazirliyi"nin (deputatxananın yeni adı) sədrinin birinci müavini Ziyafət Əsgərova söz verilməlidir. Qoy işğalçı Ermənistanın "şərəfinə" deputatxanada ziyafət verib "Avropanın belə bir lidierinin olmadığı üçün bizə paxıllıq etdiklərini ermənilərin diqqətinə çatdırsın. Müxalifətçilər də burdan başlayıblar ki, heç bir dəyişiklik olmayacaq, ay nə bilim bu ailə hakimiyyətinin möhkəmləməsinə xidmət edir və sair və ilaxır. Məhərrəm ayının ilk günündə, araq içənin də arağını iki aylıq kənara qoymalı olduğu bir ayda hökümətin ermənilərə bu cür "daydaylıq" etməsi, onların gəlib it nəcisi içməsinə şərait yaratması, Mingəçevirdə hicab qadağasının ortalığa çıxması heç də yaxşı aqibətdən xəbər vermir. Yenə də müsəlmanları, Qarabağ dərdi olan xalqı qıcıqlandırmağa cəhdlər edilir.