0
Tuesday 29 August 2017 - 14:33

"BirİNCİ xanım", yoxsa işləyən "möhkəm dəmir" qadın?

Story Code : 665257
"BirİNCİ xanım", yoxsa işləyən "möhkəm dəmir" qadın?
Maşına "satılır" yazmaq olmaz, qadına olar?

Milli Məclisin qərarlarından biri də budur ki, bundan sonra heç kim maşınına "satılır" yazmamalıdır. Kimsə maşın satmaq istəyirsə üz tutsun maşın bazarına. Təbii ki, burada maşın bazarı da inhisara alınıbsa, yaxud xalqın diliylə desək manopoliyadırsa deməli daha çox pul qazanmaq mümkün olacaq. Lakin burada bir məsələ unudulub (daha doğru yaddan çıxarılmayıb), o da budur ki, bu qanun ancaq kasıbın bir az da soyulmasına hesablanıb. Ona görə ki, varlı, məmur, yaxud Əli Həsənovun nəvəsi özünə bahalı maşın kolleksiyası düzəltsə birincisi onu satışa çıxartmaz, ikincisi çıxartsa belə üzərinə "satılır" yazmaz. O yazıq kasıbdır ki, ucuz qiymətə maşın alır və yaxud bankdan pul borca götürüb maşına sahib olur, amma ölkədə xalqın bataqlığına çevrilmiş andıra qalmış bankın pulu bitməmiş maşınının şüşəsinə "satılır" yazmalı olur.
Amma daha bətbəxti odur ki, maşına "satılır" yazılması qadağan edildiyi bir ölkədə qadınlardan ibarət "qul bazarı" peyda olub. Deməli, Maştağa qəsəbəsinin "Xəyal" ticarət mərkəzinin qarşısında bir dəstə qadın toplanır. Ümid edirlər ki, bir neçə nəfər onlara yaxınlaşıb işçi ünvanında onları evlərinə işləməyə apararlar. Yaşları isə 19-dan tutmuş 60-a qədərdir. Təsəvvür edin ki, Nardaran kimi dindar bir məntəqədə tərbiyəsiz müsabiqə və konsertlər həyata keçirib məntəqəni pozmağa çalışanlar varsa, digər tərəfdən Maştağa kimi bir başqa dindarların çox olduğu məntəqədə qadınları belə bir işə məcbur edirlər. Halbuki başqa vaxt qadına verilən dəyərdən danışırlar.
Bu günlərdə bəzi saytlar Azərbaycanın vitse – prezidentinin ad günü olduğu üçün onun haqqında təriflər yazırlar. O, həm də Azərbaycan prezidentinin xanımıdır. Təqribən bütün dünyada isə prezidentin xanımı birinci xanım sayılır. Saytların birində "birinci xanım" sözü "birİNCİ xanım" kimi gözümə dəydi. Çox təəccübləndim doğrusu. Təsəvvür edin ki, bir ölkədə qadını inci deyil, pas atmış mis yerinə belə qoymurlar, məcbur edirlər ki, işləyib-işləyib axırda dəmir kimi "möhkəm olsun", yəni, gedib qul bazarında "ağa" axtarsın, amma həmin ölkənin prezidentini "birİNCİ xanım" deyib öyürlər. Halbuki bir ölkədə əgər qadınlar sözün həqiqi mənasında bir inci hesab edildiyi halda onların birincisi haqqında gözəl təriflər söyləmək olar. Bizdə isə vəziyyət çox pisdir. Təsəvvür edin ki, dövlət bu qadınların sığınacaq yeri olmaq əvəzinə, onlar "qadın qul bazarına" pənah gətiriblər.
Bəli, türk qadınlarından, qadın azadlığından dəm vuranların isə nə özləri görünür, nə də səsləri gəlmir. Məsələn, Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlı türk – azəri qadınlarıyla bağlı cəmiyyətsayağı bir quruma rəhbərlik edir. Amma nədənsə həmişə hicab mövzusu gündəmə gələndə türk qadınları onun yadına düşür. O və onun timsalında türk qadınının "dərdini" çəkən bir toplum tez-tez gündəmi zəbt edib başlayırlar hicab əleyhinə danışmağa. Hicabın üstündən isə İslam və İran hədəfə alınır. Amma bu yerdə Sabir Rüstəmxanlı kimi simalara xatırlatmaq lazımdır ki, İslam dini gəlib quldarlığı aradan qaldırdı. (Buna misal olaraq bəzi dini göstərişləri yerinə yetirmədikdə kəffarə (cərimə) ünvanında bir qul azad etməni qeyd edə bilərik) Amma bu gün ölkəmizdə İslamı gözdən salan İŞİD-in etdiyi bir hərəkətlə üzləşirik. İŞİD özü üçün "qul bazarı" düzəldib əsir qadınları satışa çıxardır, amma bizim ölkəmizdə isə vətəndaş özü özünü qul adıyla satışa çıxartmağa məcbur edilir. Sabir Rüstəmxanlı və onun çığır-bağırdan başqa bir işə yaramayan partiya təsiri bağışlamayan QHT-si və həmsədri olduğu DAK isə nəinki dünya azərbaycanlılarının, heç ölkədəki türk-azəri qadınların hüquqlarını belə qoruya bilmir.
Sabir Rüstəmxanlıgildən heç nə
Source : Nur.az.com
Comment