0
Sunday 16 July 2017 - 19:28

İlham Əliyev dövləti fəlakət həddinə çatdırıb

Story Code : 653874
İlham Əliyev dövləti fəlakət həddinə çatdırıb
Milli Şurasının sədri professor Cəmil Həsənli Ilham Əliyevin ölkəni fəlakət həddinə gətirib çıxardığını söyləyib:

“Baxın, hakimiyyət elitasında kim axsayırsa hansı cinayətlər aşkarlanır. Ölkənin təhlükəsizliyin təmin etməli olan MTN, sən demə quldur yuvası imiş. Ölkənin baş poçtalyonu Rabitə nazirliyi hər ay MTN-ə paket göndərirmiş, nazirliyin yüksək vəzifəli şəxslər qara kassadan hər ay paket alırmışlar. Bütün bunlar yerin üstündə baş verənlərdir. Sən dəmə korrupsiya şəbəkəsinin böyüyü yerin altında, Bakı metrosunda imiş. Heç kəs təminat verə bilməz ki, digər sahələrdə vəziyyət belə deyil. Digərləri də axsayan kimi daha böyük rüsvayçı faktlar ortaya çıxacaq. MTN-də, Rabitə nazirliyində, metroda olduğu kimi. Bir dəstə vəzifəli şəxs dövlət adına ölkəni talayan şəbəkə yaradıblar. İndi də benzinin qiymətini qaldırmaqla vəzifəli şəxslərin taladığı büdcəni xalqın cibi hesabana doldurmaq istəyirlər. Benzinin qiyməti qalxırsa bazarın od tutub yanması qaçılmazdır. Belə rüsvayçı vəziyyəti yaradan, dövləti belə fəlakət həddinə gətirib çıxaran bilavasitə İlham Əliyevin özüdür”.
Source : Nur.az.com
Comment