0
Saturday 1 July 2017 - 12:26

İlham Əliyevin əzizi Adelina onu bizdən yaxşı tanıyırmış

Story Code : 649885
İlham Əliyevin əzizi Adelina onu bizdən yaxşı tanıyırmış
Xayin erməninin 13 yaşlı qızı Adelina sən demə İlham Əliyevi bizdən yaxşı tanıyırmış. Bomba kimi xəbərdir əslində. Siz də ilanı yuvasından çıxartmaq prosesindən xəbərdarsınız. Oğlanlar var ki, ilanı yuvasından çıxarmağı bacarırlar. Başqa məsəllər də var. Deyir ho var dağa qaldırar, ho var dağdan endirər. Adətən belə məqamlarda kişilər mərc gəlirlər. Bir nəfər özünə, sözünə arxayın olan oğlan sinəsini qabağa verib deyir ki, mən mərc gələrəm ki, məsələn dağı dağ üstə qoyaram. Başqa bir bomba oğlan deyir mən mərc gələrəm ki, üzüb dənizin o tayına keçə bilərəm. Qarabağı almaq barədə isə hələ ki, təəssüf ki, mərc gələn yoxdur. Hələ ki, bir oğul tapa bilmirik.
13 yaşlı erməni qızı ilanı yuvasından çıxarmaq barədə mərc gəlməsə də, İlham Əliyevə yazdığı məktuba Prezident Administrasiyasından cavab məktubu çıxara bilib. Həqiqətən də erməni südü o qıza halal olsun. Zarafat deyile, özünü yandıran əlillər, kəndirdən asan kasıblar, ölən əsgər anaları, hicabı əlindən alınan məzlum dindarlar, evləri başına sökülən sovetski sakinləri və daha kimlər kimlər 13 yaşlı erməni qızının etdiyini indiyədək bəlkə yüz dəfə ediblər, yəni saysız-hesabsız məktublar yazıblar, amma Prezident Administrasiyasından heç bir xəbər-ətər olmayıb. Hətta, Heydər Əliyev fonduna, Mehriban Əliyevaya, İlham Əliyevin özünə, bu axırlarda Heydər Əliyevə də məktub yazıldı, amma çi fayda, xəbər gəlmədi ki, gəlmədi. Ölkədə ilan dili çıxardan xalqa heç bir cavab yoxdur, amma 13 yaşlı erməni qızı əslində ilan dili çıxartmayıb, məktubda yazdığı sözlərlə dilinin ilan zəhəri kimi acı olduğunu göstərib. Amma ilanı rahatlıqla yuvasından çıxarmağı bacarıb. Görünür 13 yaşlı Adelina İlham Əliyevi bizdən yaxşı tanıyırmış. O, bilir ki, İlham Əliyev öz xalqının balalarına cavab verməyi öz şəxsinə sığışdırmır, amma erməni balalarının qeydinə qalar.
Maraqlı olan budur ki, Administrasiyadan yazılan cavab məktubu öz məktubunda atasının Qarabağ iştirakçısı olduğunu yazan, müharibə başlayacağı təqdirdə valideynlərinə kömək edəcəyini və Qarabağın Azərbaycanın nəyinə lazım olduğu sualına hər dəfə soruşan 13 yaşlı Adelinaya “əziz Adelina” sözləriylə başlayır. İndi deyərsiniz ki, etik normalara riayət edilib, yaxud da 13 yaşlı günahsız qızın nə günahı? Amma belə deyil. Çünki bu qız bu fikirləriylə gələcəyin Zori Balayanı ola bilər. Özü açıq-aşkar deyir ki, müharibədə valideynlərinə kömək edəcək. Etikadan da söhbət gedə bilməz. Çünki həmin etikanı Prezident Administrasiyası və şəxsən İlham Əliyev heç zaman ona məktub yazan, KİV vasitəsiylə müraciət edən həmvətənlərinə göstərməyib. Bunun bir cavabı var - Administrasiyanın erməni sevgisi. Bir yerin başında Ramiz Mehdiyev durubsa ermənilər əziz olacaq.
Hələ sizə cavab məktubunun mətnindən deyim. Məktubun indi oxuyacağınız bu cümlələri hətta “Qarabağ şikəstəsi”nin ağlada bilmədiyi Yanığ Kərəmi nəyi var ağladıb. Məktubda deyilir: “Azərbaycan Respublikası Prezidenti Administrasiyası hər bir Azərbaycan sakininin Prezident İlham Əliyevin adına olan müraciətlərinə diqqətlə yanaşır və buna görə də, sənin məktubun cavabsız qala bilməzdi.” Kim yazıbsa çox zirək adamdır, əslində bu sözlərin müəllifi “hər bir Azərbaycan sakini” deyərkən anaları ağlar qalan soydaşlarımızı nəzərdə tutmayıb, onun məqsədi məhz Adelinadır. Amma Adelina uşaq zad deyil ki, asanlıqla Administrasiyanın rəsmi saytına daxil olub orada dərc edilən məktubların ya yaltaqlar, ya da elə Administrasiyanın öz adamları tərəfindən yazıldığını asanlıqla görə bilər.
Əslinə qalanda isə bizim xalqın Prezidentə yazdığı ürəkağrıdan məktubların Administrasiyanın rəsmi saytına yetişməyəcəyini, yetişdikdə oxunmadan silinəcəyini çox gözəl bilir. Bunun sübutu isə insanların məcbur olub başqa saytlarda öz haraylarını dərc etmələridir. Amma bu insanları isə Prezidentə məktub yazdığı üçün 3 il 6 ay həbs alan şəxsin aqibəti gözləyir. Görünür biz bir erməni balası Adelina qədər olmadıq.

P.S. Doğrudur, acı bağırsaq kimi uzun-uzadı olan cavab məktubunun bir kəsə maraqlı gəldiyinə inanmıram. Heç kim o məktubu oxumayıb da. Heç mənim də yalanlardan ibarət olan səviyyəsiz yazını oxumağa marağım, vaxtım yoxdur. Amma elə bilməyin Administrasiyanın cavab məktubu faydasızdır, heç olmasa altımıza qoyub səkidə oturmağa yarayar.
Source : Nur-az.com
Comment