Ayətullah Məkarım Şirazi: Boşanmış ailənin övladları cəmiyyətdən intiqam alır...
Story Code : 647623
Ayətullah Məkarim Şirazi müsəlman cəmiyyətində boşanma statistikasının acınacaqlı vəziyyətdə olması ilə bağlı buyurub:
Əldə edilən məlumatlara əsasən, izdivacın azalması və boşanma sayının artması ağrılı durumdadır. Bu baxımdan cəmiyyətimizi xəstə cəmiyyət saya bilərik. Cəmiyyət o zaman sağlam olur ki, ailə quranların sayı çox olsun, boşanma azalsın. Bu ictimai problemlə mübarizə üçün hamı əl-ələ verməlidir. Qeyri-müsəlman cəmiyyətlərin bir çoxunda ailə qurmaq və boşanmaq üçün qeydiyyat tələb olunmur. Bu çox təhlükəli münasibətdir. İslam ən zəruri hallarda boşanmaya icazə verir və imkan həddində boşanmaya mane olur. İslam Peyğəmbəri (s) buyurur ki, Allah üçün ən sevimli yer izdivacla abad olan evdir; eyni zamanda Allah üçün ən mənfur yer boşanma ilə dağılan evdir. Yəni boşanma bir növ viranlıqdır. İmam Sadiq (ə) buyurur ki, boşanma Allahın ərşini titrədir. Boşanan insanlarda adətən psixoloji gərginlik müşahidə olunur. Bu gərginlik ömrün sonuna qədər davam edə bilər. Ərlə arvad arasında pis münasibət sonradan iki ailə arasında münasibətləri pozur. Nəticədə cəmiyyət zərbə alır. Bəziləri boşandıqdan sonra şəxsiyyət vəsiqəsini dəyişməklə birinci evliliyini gizləməyə çalışır. Bu açıq xəyanətdir. Əgər ailədə övlad varsa, boşanmanın fəsadları daha çox olur. Dağılmış ailənin övladları cəmiyyət üçün problemə çevrilir. Belə övladlar adətən yolunu azır. Onlarda belə bir hiss var ki, cəmiyyət onlara zülm edir və onlar bu zülmü cəmiyyətə qaytarmalıdır. Ümid edirik ki, cəmiyyətimiz İslam dəyərlərini nəzərə almaqla boşanma probleminə son qoyacaq...