Amerikanın regionda son hərəkətlərinə Rusiyanın yanaşması - Təhlil
Story Code : 644141
SSRİ-nin parçalanmasından sonra Rusiya Federasiyasının xarici siyasəti bəzən nakamlıq, bəzən də uğurlarla nəticələndi. Vladimr Putinin hakimiyyət başına gəlməsindən sonra onun rəsmi şüarı “güclü Rusiya” oldu. Bu şüarın gerçəkləşməsi istiqamətində beynəlxalq münasibətlərdə Amerika kimi supergüclərlə razılaşmaya xarici siyasətində yer verdi. Bu məsələ 2001-ci ildə öz pik həddinə çatdı və Amerikanın Əfqanıstana hərbi hücumunda Rusiya ilə anlaşmasının şahidi olduq. Ancaq Amerikanın yeni mühafizəkarlarının işğalçılıq və yalnız özlərini görmə siyasəti İraqa hücumda və bir sıra amerikalı siyasətçilərin Rusiyaya qarşı təhqiramiz ifadələr işlətməsində özünü göstərdi. Bunun ardınca Rusiya rəhbərləri ölkənin xaricdə milli maraqlarını və beynəlxalq prestijini qorumaq, daxildə gərginliklərin azalması üçün yeni çıxış yolları aramağa başladı. Beləliklə, “şərqə baxış” siyasəti yenidən təcəlli etdi. Regionda müstəqil bir ölkə sayılan İran bir ticarət ortağı və hərbi müttəfiq ola biləcək dövlət kimi Rusiyanın diqqətini özünə çəkdi. İran Çin və Hindistan kimi böyük ölkələrin yanında Amerikanın təcavüzkar siyasətlərinin qarşısında dayanmaq üçün Rusiyaya yaxşı müttəfiq ola bilərdi. Ona görə də Rusiya bu məsələdən faydalanaraq şərq baxışında İran üzərində diqqətini topladı. Rusiyanın dünyada öz qüdrətini bərpa etmək üçün 20-dən çox faktoru vardır. Onlardan ən mühümləri bunlardır: nüvə gücü, sənaye, əsas texnologiya, strateji və geopolitik mövqeiyyət, hartland mövqeiyyətinə sahiblik, eyni tərkibli cəmiyyət, ərazi genişliyi, demokratiklik və dəyişmə meyli, bol enerji, bir sıra Asiya və Yaxın Şərq ölkələrinin Rusiya ilə əlaqələrini genişləndirmək və möhkəmləndirmək istəyi. Amma Rusiyanın yarada biləcəyi ittifaq və koalisiyalarının qarşısında Amerikanın böyük bir maneə olmasını diqqətdən qaçırmaq olmaz. Rusiya və Amerika bir-birlərinə rəqib olduqlarını bilirlər. Putinin dövründə öz qüdrətini bərpa etmiş Rusiya öz rəqibləri ilə çarpışmaqdadır və bunun ən pik həddi Suriyada özünü göstərməkdədir. Təhlükəsizlik təhdidləri Moskva üçün ən önəmli məsələdir Amerikanın regionda son hərəkətlərinə diqqət etməklə Rusiyanın öz xarici siyasətini Amerika ilə rəqabət, iqtisadi maraq, hətta, ərazi bütövlüyü təhdidlərinə qarşı narahatlıq üzərində kökləməyə məcbur etmişdir. Moskvanın Yaxın Şərq siyasətində dinamik hərəkətinə baxmayaraq bu ölkənin regiona yanaşması hələ də qədim xarici siyasət modelini izləyir. Bu model Moskvanın Rusiyanın müsəlmanlar yaşayan ərazilərədə hansısa radikal bir dövlətin gərginlik yarada biləcəyindən ehtiyat edərək Amerika və bütün Yaxın Şərq ölkələri ilə paralel münasibət qurmaqdır. Rusiyanın regionda üç yanaşması Yuxarıda qeyd olunanlara diqqət etməklə belə nəzərə gəlir ki, Rusiya Amerikanın regionda hərəkətlərini eyni zamanda ən azından üç yanaşmada – geopolitik, təhlükəsizlik, və iqtisadi – izləyəcək.
Birinci: Geopolitik yanaşmada Rusiya Yaxın Şərqdə özünə güclü bir blok yaratmağa təlaş edir. Rusların bipolyar (neçə qütblü) beynəlxalq system ardınca olmasına diqqət etməklə Yaxın Şərqdə İran, Türkiyə və Səudiyyə Ərəbistanını özü üçün əhəmiyyətli hesab edir. Ona görə də Amerikanın birtərəfliliyi və beynəlxalq arenada yalnız özünü supergüc görməsi ilə qarşılaşmaq Rusiyanın regionda geopolitik məqsədlə izlədiyi əsas xarici siyasətdir. Bu istiqamətdə bir tərəfdən məntəqədə Amerikanı istəməyən ölkələrlə xarici münasibətləri artırmaq siyasəti izlənəcək, digər tərəfdən də həmişə Amerikanın ortaqları sayılmış ölkələrlə münasibətlər qurmaq məsələsi gündəlikdə dayanacaq.
İkinci: Təhlükəsizlik yanaşmada Rusiya radikal islamın Şimali Qafqaza və regionun müsəlman respublikalarına ayaq açacağından narahatdır. Əl-Qaidə kimi terrorçu qruplaşmaların və ekstremizmin genişlənməsi Rusiyanın tərkibində olan Çeçenistan kimi müsəlman respubliklarında seperatçılığa yol aça bilər. Üstəlik, Rusiya təhlükəsizlik baxımından nüvə silahının regionda genişlənməsindən bərk narahatdır.
Üçüncü: İqtisadi aspektdə Rusiya neft və qaz ixrac edən ölkələrdən biri olduğundan region ölkələrini mülahizə edir, bəzən də onları özünə rəqib görür. Üstəlik, Rusiya bəzi hallarda bazar və qiymətin tənzimlənməsi üçün regionda böyük enerji istehsalçıları ilə əməkdaşlıq etməyə və onlarla anlaşmağa məcburdur. Digər tərəfdən Yaxın Şərq ölkələri ilə iqtisadi münasibətləri genişləndirmək, xüsusilə də enerji, silah və hərbi texnika ixracı sahəsində əlaqələr yaratmaq Rusiyanın iqtisadi yanaşmasında mühüm rol oynayır. Rusiya bu istiqamətdə dünya ölkələri arasında Amerikanın nüfuzunu zəiflətmək, öz gücünü artırmaq və Yaxın Şərq ölkələrinin həssas iqtisadi sahələrində əsas rolu öz öhdəsinə almaq istəyir. Ümumiyyətlə, unutmaq olmaz ki, Rusiya bütün problemlərə baxmayaraq Yaxın Şərqdə gücü öz əlində cəmləşdirməyi bərpa etmək arzusundan geri çəkilməyəcək bir supergücdür. Rusiya regionda sülh və təhlükəsizliyin bərqərar olmasına təlaş edir. Yaxın Şərq və Fars körfəzi ölkələrinə coğrafi baxımdan yaxın olduğu üçün bu ölkələrlə əməkdaşlığı artırmaqla, bir tərəfdən milli maraqlarını və təhlükəsizliyini təmin edə bilər, digər tərəfdən də Yaxın Şərqdə təsirli və qüdrətli oyunçuya çevrilə bilər.
Nəticə Rusiya və Amerikanın regionda qarşıdurması çox aydın, bəzən daha şiddətli, bəzən də anlaşma ilə izlənən bir tarixə malikdir. Bu qarşıdurma yenə də iki ölkə arasında bir növ anlaşma ilə həll olacaq. Ancaq onların rəqabətinin güclənməsi sonda regionu böhranla üzləşdirir. Bununla belə, iki tərəf arasında maraqları qorumaq üçün anlaşma məntiqi hakimdir. Lakin, bu uduş-uduş siyasəti Yaxın Şərqdə anlaşmanın keyfiyyətinə və necəliyinə bağlıdır. Hazırda yeni durumda onunla üzləşmişik.