Related File1981-ci ildə Kərac şəhərinin prokuroru, sonradan Həmədan ostanının prokuroru olub. Paralel olaraq, universitet müəllimliyi də edib. 1985-ci ildə isə Tehran baş prokurorunun köməkçisi təyin olunub. 3 il sonra Loristan, Semnan və Kirmanşah bölgələrinin prokuroru olub.
Rəisi öz fəaliyyətlərinin davamında 1989-cu ildə İran İslam İnqilabı Rəhbərinin hökmü ilə Tehranın prokuroru təyin olunub. 1994-2004-cü illər ərzində Ümumi Nəzarət Şurasının başçısı olub. Bundan sonra Ali Məhkəmə sədrinini müavini kimi 10 il fəaliyyət göstərən ayətullah 2014-2016-cı illərdə Baş prokuror səlahiyyətlərini icra edib.
İ.Rəisi 2016-cı ilin mart ayı İmam Rza(ə) Ziyarətgahının məsulu Ayətullah Təbəsinin vəfatından sonra Həzrət Ayətullahül-üzma Xameneinin göstərişi ilə bu vəzifəyə təyin edilib.
2017-ci il aprelin 14-də isə İbrahim Rəisi rəsmən prezidentliyə namizəd kimi qeydiyyatdan keçib və prezident Həsən Ruhani ilə rəqabət aparıb; lakin seçkinin qalibi Ruhani olub.
2019-cu il martın 7-də Aliməqamlı Rəhbər Həzrət Ayətullahül-üzma Xamenei onun İran Məhkəmə Hakimiyyətinin sədri vəzifəsinə təyin olunması barədə fərman imzalayıb. Fərmanda İnqilab Rəhbəri cənab Rəisiyə məhkəmə sistemində dəyişikliyin zərurətini və yeni dövrdə daha güclü çalışmağı tapşırıb. O sıradan məhkəmə hakimsiiyyətində dürüst insanların iş başına gətirilməsi, korrupsiya ilə mübarizənin zəruriliyi və ədalətin bərpası kimi məsələlər Rəisiyə tövsiyə edilib.
Nəhayət Rəisi Məhkəmə Hakimiyyətinin sədri vəzifəsində korrupsiyaya qarşı sərt mübarizəsi ilə insanların rəğbətini qazanıb və 2021-ci il 18 iyun seçkilərini udmasında bu amil başlıca rol oynayıb. Və o ölkənin 8-ci prezidenti seçilib.
Ayətullah Rəisi 2024-cü il mayın 19-da Xudafərindən Təbrizə qayıdarkən bir ömür xidmətdən sonra helikopter qəzasında şəhid olub.
Allah rəhmət eləsin!