0
Thursday 19 September 2024 - 10:04

"Vetonun ləğvinin mümkünlüyünə şübhə ilə yanaşıram” - BMT rəsmisi

Story Code : 1160960
"Vetonun ləğvinin mümkünlüyünə şübhə ilə yanaşıram” - BMT rəsmisi
Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə o, BMT-nin mənzil-qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

“Vetodan istifadə təcrübəsini sevdiyimi düşünürsünüzsə, bu, belə deyil. Vetonun ləğvinə əmin olduğumu desəm, yalan danışaram”, - o deyib.

Onun sözlərinə görə, BMT TŞ-nin yeni daimi üzvlərlə genişləndirilməsi ilə bağlı razılığa gəlmək vetonun ləğvi üzrə razılaşmadan daha asandır.

Quterreş qeyd edib ki, TŞ-nin genişləndirilməsi, eləcə də şurada prosedurların şəffaflığının artırılması və Baş Assambleyanın rolunun gücləndirilməsi məsələlərində irəliləyişə ümid edir:

“Lakin mən vetonun ləğvinin mümkünlüyünə şübhə ilə yanaşıram”.
Comment