BƏƏ: Fələstin dövləti qurulmadan Qəzza müharibəsindən sonrakı mərhələni dəstəkləmirik
Story Code : 1160046
Sionist rejimin hakimiyyət orqanları açıq şəkildə Fələstin dövlətinin yaradılmasına qarşı olduqlarını bildirir. Bu rejimin xarici işlər naziri İsrael Katz son çıxışında “Fələstin dövlətinin qurulmasına icazə verilməməlidir” deyib.
Sionist rejimin xarici işlər naziri iddia edib: "Fələstin dövləti Livan, Yəmən, Suriya və İraqdakı İran bazası kimidir..."
Qeyd edək ki, İsrail Knessetinin (Sionist rejim parlamenti) nümayəndələri ötən iyulun sonunda səs çoxluğu ilə Fələstin dövlətinin yaradılması planının əleyhinə səs veriblər.