0
Thursday 19 September 2024 - 21:19

"NATO ölkələri “sülhün bədəlini ödəməyə” hazır olmalıdır" - Yens Stoltenberq

Story Code : 1161116
"NATO ölkələri “sülhün bədəlini ödəməyə” hazır olmalıdır" - Yens Stoltenberq
Teleqraf.com xəbər verir ki, bu barədə NATO-nun səlahiyyət müddəti başa çatan Baş katibi Yens Stoltenberq Brüsseldə vida nitqi zamanı bildirib.

“Yaxşı xəbər odur ki, 10 il əvvəl verdiyimiz sözə (ÜDM-in 2 %-ni müdafiəyə xərcləmək vədinə - red.) əməl etdik. Amma pis xəbər odur ki, bu, artıq təhlükəsizliyimizi təmin etmək üçün kifayət deyil”, - o deyib.

Stoltenberqin sözlərinə görə, NATO ölkələri “sülhün bədəlini ödəməyə” hazır olmalıdırlar.

“Pul nə qədər çox olsa, müdafiəmiz bir o qədər güclü, mühafizəmiz bir o qədər təsirli, təhlükəsizliyimiz isə bir o qədər yüksək olar”, - o əlavə edib.

Müdafiə xərclərinin nə qədər olması barədə suala Stoltenberq belə cavab verib: “Hər bir müttəfiq xərci qiymətləndirməlidir, lakin aydındır ki, bu, ÜDM-in 2 %-dən xeyli çoxdur”.

O vurğulayıb ki, alyans ölkələrinin liderləri insanlara niyə daha çox pul ödəməli olduqlarını izah etməlidirlər.

“Liderlərin vəzifəsi bunun nə üçün lazım olduğunu, bu çətin qərarların qəbul edilməsinin nə üçün vacib olduğunu izah etməkdir. Çünki sülh və təhlükəsizlik olmadan heç nə olmayacaq”, - o əlavə edib.
Comment